Konfrans Liqasında finalçılar müəyyənləşib

Bakı, 8 may,Sporaz.tv

Bu gün və sabah keçiriləcək oyunlardan sonra UEFA Avropa Konfrans Liqasında finalçılar müəyyənləşəcək.

Sporaz.tv xəbər verir ki, Avropa futbolunun klub səviyyəsində üçüncü təşkilatının yarımfinal mərhələsində “Brügge” – “Fiorentina” və “Olimpiakos” – “Aston Villa” qarşılaşmaları keçiriləcək.

İlk görüşdə 3-2 hesabı ilə qalib gələn İtaliya təmsilçisi “Fiorentina” cavab qarşılaşmasında Belçikanın “Club Brugge” komandasını qəbul edəcək, FİFA lisenziyası olan türkiyəli hakim Halil Umut Meler fit çalacaq. Qarşılaşma Brüggedəki Yan Breydel stadionunda GMT vaxtı ilə saat 19.45-də başlayacaq.

Yunanıstanın “Olimpiakos” komandası ilk görüşdə 4-2 hesabı ilə qalib gəldiyi yarımfinalın cavab görüşündə İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Pirey şəhərindəki Georgios Karaiskakis stadionunda keçiriləcək qarşılaşma sabah CET saat 22.00-da oynanılacaq.

Mayın 29-da Yunanıstanın paytaxtı Afinada Avropa Konfrans Liqasının final həyəcanı yaşanacaq.

Vüqar Alışov

Leave a Reply