Sabiq yarımmüdafiəçi:”PSG yaxşı deyildi”

Bakı,8 may,Sporaz.tv

Manchester City“(Mançester Siti)nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri Çempionlar Liqasının yarımfinalında Almaniyanın “Borussiya” klubunu keçə bilməyən PSG-ni tənqid edib.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, millinin sabiq üzvü Fransa klubunu növbəti mərhələyə adlaya bilmədiyi üçün tənqid edib.

“PSG yaxşı deyildi. Cavab matçında da lazım olduğu kimi oynamadılar. Kifayət qədər aqressiv olmadılar, sadəcə, cərimə meydançası ətrafında vızıldadılar. Heç bir dəyişiklik müşahidə olunmadı. “Borussiya”ya gəlincə, onların ciddi ad olduğunu düşünürük, amma orta səviyyəli komandadır. PSG-də hər kəs bu komanda ilə üzləşəcəklərini biləndə ​xoşbəxt idi”, – deyə S.Nəsri bildirib.

Qeyd edək ki, “Borussiya” Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda PSG-yə 1:0 hesabı ilə qalib gəlib.

Mənbə:Report

Leave a Reply