“Galatasaray”da İkardi küləyi

Bakı,8 may,Sporaz.tv

Mauro İkardi “Galatasaray”(Qalatasaray)da çıxış etdiyi iki mövsümdə ümumilikdə 53 dəfə fərqlənməyi bacarıb. Argentinalı futbolçu sarı-qırmızılı klubda ən çox qol vuran 3-cü əcnəbi futbolçu olub.

Sporaz.tv xəbər verir ki, Mauro İkardi vurduğu qollar və ötürmələri ilə “Galatasaray”(Qalatasaray)ın qələbələrində mühüm rol oynayır. Argentinalı futbolçu bu mövsüm sarı-qırmızılı forma ilə bütün yarışlarda 44 rəsmi matçda iştirak edib.

Mövsümün ortasında aldığı zədə səbəbindən bir müddət zədələnən İkardi 9 matçda meydana çıxa bilməyib.

Karyerasının ən çox qol vuran mövsümünü keçirən İkardi həm də komandasının bombardiri olub.

44 matçda 30 dəfə fərqlənən argentinalı futbolçu 11 məhsuldar ötürmə də edib.

“Galatasaray”(Qalatasaray)la 2 mövsümdə 53 dəfə qapılara zərbə vuran təcrübəli futbolçu Bafetimbi Qomisi geridə qoyaraq klub tarixində ən çox qol vuran 3-cü olub.

Gheorghe Hagi 72 qolla siyahının ilk pilləsində, Milan Baros isə 61 qolla ikincidir.

Mauro İkardi ötən mövsümdə olduğu kimi son həftələri də boş keçirmir.

Argentinalı futbolçu ötən mövsümün son 9 matçında 13 qol və 1 məhsuldar ötürmə ilə çempionatda önəmli pay sahibi olub.

31 yaşlı hücumçu cari mövsümdə son 7 liqa matçında 9 dəfə topa vurub və 2 qol ötürməsi edib.

İkardi 23 qolla liqanın bombardiri yarışının başındadır.

Vüqar Alışov

Leave a Reply