Maradonanın mükafatı hərraca çıxarılıb

Bakı,8 may,Sporaz.tv

Futbolun ölməz adı olan Maradonanın 1986-cı il dünya çempionatının ən yaxşı oyunçusu kimi qazandığı “Qızıl top” mükafatı gələn ay hərraca çıxarılacaq. Kolleksiyaçıların böyük marağına səbəb olacağı gözlənilən kubokun açılış qiyməti hələlik bəlli deyil.

Sporaz.tv xəbər verir ki, futbol əfsanəsi Maradonanın 1986-cı il Dünya Çempionatında vurduğu qollar “Tanrının əli” və “Əsrin qolu” kimi adlarla yaddaşlara həkk olunub.

Maradona turnirin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına da layiq görülüb. Həmin “Qızıl top” mükafatı hərraca çıxarılacaq.

2020-ci ildə dünyasını dəyişən Argentinalı futbol ulduzunun kubokunun çəkisi təxminən 4 kiloqramdır. Fransanın Aguttes hərrac evi tərəfindən gələn ay satışa çıxarılacaq kubokun başlanğıc qiyməti hələ müəyyən edilməyib.

Kolleksiyaçıların kuboka böyük maraq göstərəcəyi gözlənilir.  

Meksikada keçirilən 1986 FIFA Dünya Kuboku finalda Argentinanın o vaxtkı Qərbi Almaniya komandasını 3:2 hesabı ilə məğlub etməsi ilə başa çatdı.

Vüqar Alışov

Leave a Reply