“Juventus” klubu yeni transferi rəsmiləşdirib

Bakı,8 may,Sporaz.tv

İtaliyanın “Juventus”(Yuventus) klubu cari mövsümün sonuna yaxın ilk transferini reallaşdırıb.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, “ağ-qaralar” A Seriyasında çıxış edən “Monza”nın qapıçısı Michele Di Gregorio ilə anlaşıb.

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilib. 26 yaşlı qolkiperlə 5 illik müqavilə bağlanacaq.

Qeyd edək ki, cari mövsüm “Monza”nın heyətində 33 oyuna çıxan Gregorio 35 qol buraxıb, 14 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Leave a Reply