“Turan Tovuz”un futbolçusunun mövsümü başa çatıb

Bakı,8 may,Sporaz.tv

Turan Tovuz“un futbolçusu “Roderick Miller”(Roderik Miller) üçün mövsüm başa çatıb.

Sporaz.tv məlumat verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.

32 yaşlı oyunçu “Zirə“yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXXIII turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.

“Zirə” isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.

Mənbə:Report

Leave a Reply