Əfsanəvi futbolçunun “Qızıl top”u hərraca çıxarılır

Bakı,8 may,Sporaz.tv

Argentina millisinin əfsanəvi futbolçusu “Diego Maradona”(Dieqo Maradona)nın 1986-cı il dünya çempionatında qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

Sporaz.tv  xarici mediaya istinadən məlumat verir ki, açıq satış iyunun 6-sı Fransada baş tutacaq.

2022-ci ildə Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərracda 2 milyon funta satılıb. Bundan başqa, həmin il argentinalının matç zamanı geyindiyi forma 9,28 milyon dollara öz sahibinə qovuşub.

Qeyd edək ki, D.Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

Mənbə:Report

Leave a Reply