Futbol üçün evlənməyən məşhur futbolçu

Bakı,1 may,Sporaz.tv

Məşhur Koreyalı futbolçu Heung Min Son, atasının nəsihətinə qulaq asaraq evlənmir.

Bu qərar sabiq futbolçu olan atasının, “Futbolu tərk etmədən evlənmə. Əgər evlənərsən, ilk öncə həyat yoldaşın və uşaqların,sonra isə futbol gələr”nəsihətinə dayanır. Özü uşaq sahibi olmasa da, uşaqları çox sevirdi.Komanda yoldaşlarının uşaqlarıyla vaxt keçirdikdə çox xoşbəxt olduğunu deyirdi. Zamanında Davinson Sanchez Lorente,Harry Kanein uşaqlarıyla klubda bolca vaxt keçirər,onlarla əylənərdi.

Sonun alicənabləğı,qayğıkeşliyi də insanlar tərəfindən rəğbətlə qarşılanır, onun daha çox sevilməsinə səbəb olmuşdu.

Keçirilən oyunların birində Son, meydana qaçan bir uşağın mühafizə tərəfindən çölə çıxarılarkən pis olmaması üçün ona formasını vermişdi. Hətta qarşısındakı balaca uşaq islanmasın deyə əlləriylə ona çətir olmuşdu. Fiziki qüsurlu vətəndaşlara yaşlı Tottenham azarkeşlərinə hər zaman qağı ilə yaxınlaşardı. Müsahibədən sonra mikrafonu belə yerinə yavaşca qoymağa diqqət edərdi.

Bacarığı kimi qəlbi də böyük olan Heung Min Sonun bu günlərə gələcəyini, 18 yaşında olarkən Hamburgdakı komanda yoldaşı Van Nistelrooy fərq etmişdi. “18 yaşındakı komanda yoldaşım Sonu yaxşı izləyin. O,möhtəşəm bir bacarıqdır.”