Dünya futbolunun əvəzolunmaz əfsanəsinin karyera pilləsi (Məqalə)

Bakı, 20 aprel, Sporaz.tv

Dünya futbolunun əvəzolunmaz əfsanənisinin karyera pilləsində yüksələrək birdən düşməsi hərkəs üçün təəccüb doğurdu.

Ronaldo de Assis Moreira, daha çox Ronaldinho Gaúcho və ya sadəcə Ronaldinho kimi tanınan Braziliyalı keçmiş peşəkar futbolçudur.

21 mart 1980-ci ildə Braziliyanın Porto Aleqri şəhərində anadan olan Ronaldinho əsasən hücumameyilli yarımmüdafiəçi kimi çıxış edən, eyni zamanda cinah yarımmüdafiəçisi kimi də oynayan futbolçudur.

Ronaldinyo karyerası boyunca bir çox komandada oynayıb və ümumilikdə 544 matçda 197 qol vurub.

Vurduğu qollar:

  • Grêmio: 89 oyun, 47 qol
  • Paris Saint-Germain: 55 oyun, 17 qol
  • Barcelona: 145 oyun, 70 qol
  • AC Milan: 76 oyun, 20 qol
  • Flamengo: 56 oyun, 23 qol
  • Atlético Mineiro: 58 oyun, 20 qol
  • Querétaro: 25 oyun, 8 qol
  • Fluminense: 7 oyun, 0 qol

Ronaldinhonun karyerası boyu qazandığı mükafatlar:

  • FIFA Dünya Oyunçu Mükafatı: 2 dəfə (2004, 2005)
  • Ballon d’Or: 1 dəfə (2005)
  • UEFA ilin Futbolçusu: 1 dəfə (2006)
  • Dünya Kuboku: 1 dəfə (2002)
  • Copa America: 1 dəfə (1999)
  • Konfederasiyalar Kuboku: 1 dəfə (2005)
  • Çempionlar Liqası: 1 dəfə (2005/06)
  • Libertadores Kuboku: 1 dəfə (2012/13)

Ronaldinyo texniki bacarığı, kreativliyi, driblingi və cərimə zərbələrində dəqiqliyi ilə tanınır. O, həm də fəndlər, fintlər, baxışsız ötürmələr kimi bacarıqlarını nümayiş etdirən oyunçu idi. Bütün bu xüsusiyyətlər onun erkən futzal təcrübəsinin əlamətləridir. O, “O Bruxo” (“Sehrbaz”) ləqəbi ilə tanınır.

Aşağıdakı videoda Ronaldinhonun Çempionlar liqasında vurduğu ən yaxşı videolar əks olunub.

Ronaldinho karyerasına 19981-ci ildə Qremioda başlayıb. 20 yaşında Fransanın Paris Saint-Germain klubuna keçib və 2003-cü ildə Barselonaya transfer olunub. Barselona ilə ikinci mövsümündə , ilk FIFA Dünya Oyunçu Mükafatını və Barselona 2004-05 La Liqa çempionluğunu qazanıb. Sonrakı mövsüm onun karyerasının ən yaxşı mövsümlərindən biri hesab olunur. O, Barselonanın 2005-06 UEFA Çempionlar Liqasını və daha bir La Liqa titulunu qazanmasında mühüm rol oynayıb və Ronaldinhoya karyerasının ilk dublunu qazandırıb.

2005-06 El Classikoda iki solo qol vurduqdan sonra Ronaldinyo 1983-cü ildə Dieqo Maradonadan sonra Santiago Bernabeu-də Real Madrid azarkeşləri tərəfindən ayaqda alqışlanan ikinci Barselona oyunçusu olub. Bu nailiyyətlərə görə Ronaldinhonun Barselonanın tarixini dəyişdirdiyi geniş şəkildə qəbul edilir.

İdmanda bu qədər nailiyyət əldə etdikdən sonra, Ronaldinyo zəifləyən bir performans göstərdi və Barselonadan ayrılaraq AC Milan-a keçdi. Bu komanda da özünü göstərərək 2010-11 Serie A-da qalib gəlib.

Ronaldinho dünya futbol əfsanələri arasında yer alır ancaq karyerasında qazandığı uğurlar sanki onu melankolik bir vəziyyətə salır və futbolçunun etik davranış qaydalarına zidd hərəkət etməyə başlayır. Beləliklə Ronaldinho futboldan ayrılaraq öz şəxsi həyatını yaşamağa başlayır.

Videonun qaynağı: UEFA