Neymar niyə ən yaxşı ola bilmədi?

Bakı, 22 aprel, Sporaz.tv

İllər əvvəl bütün Neymar azarkeşləri Neymarın ən yaxşı olacağını, Messi və Ronaldonu geridə qoyacağını düşünürdü.

Bəs nə oldu ki,Neymar ən yaxşı ola bilmədi?

Hekayənin əvvəlinə nəzər salsaq, bilərik ki,Neymar Santosda möhtəşəm işlər görürdü. Mərkəzdən topu alıb, tək başına rəqib futbolçuları keçərək qollar atırdı. O qədər rahat adam keçirdi ki, Ronaldinho,Robinho daxil, heç bir Brazilyalı onun qədər çox adam keçə bilməmişdi.

Daha sonra Barcelonaya gələn Neymar ilk başda Avropanın sərt futboluna uyğunlaşa bilmədi. Bir qədər sonra Barca məşqçiləri onun zəif nöqtələri üzərində işləyərək, Avropa futboluna uyğun futbolçu kimi hazırladılar. Beləliklə,meydanda əvvəlkindən çox daha yaxşı Neymar gördülər. Çox yaxşı oynayırdı. Hətta, bəzən Messidən belə daha çox diqqət mərkəzində olurdu.

Hər şey yaxşı idisə,bəs probləm nə idi?

Onun tək problemi Messi və Ronaldo kimi rəqiblərinin olması idi.Belə ki, Neymar 15 qol vurarkən Ronaldo 30 qol atırdı. Neymar 20 asist edərkən, Messi 25 asist edirdi.

Əlindən gələn hər şeyi etsə də, əsla onları geridə qoymağı bacarmırdı. Və bu günə kimi olan futbol karyerasında da o, bunu bacarmayıb.

Əslində burda Neymarda bir günah yox idi. Bütün günah Neymarı qazana bilməyəcəyi bir mübarizəyə cəlb edən Neymar azarkeşlərində idi.

Bahar Rüstəm