Elif Berra Gökkır Paris 2024 üçün kvota alıb

Bakı, 6 may, Sporaz.tv

Türkiyəli milli oxatan Elif Berra Gökkır Avropa Qitə Kvota Yarışmasında bürünc medal qazanaraq Paris 2024 Olimpiadasında iştirak etmək hüququ qazanıb.

Türkiyə Oxçuluq Federasiyasından verilən məlumata görə, Almaniyanın Essen şəhərində keçirilən yarışda Elif Berra Gökkır yarımfinal görüşündə estoniyalı rəqibi Reena Parnata 6-4 hesabı ilə uduzub.

Milli atlet bürünc medal uğrunda görüşdə 5-5 hesablı heç-heçə etdiyi Hollandiyalı idmançı Quinty Roeffeni heç-heçədə 10-9 hesabı ilə məğlub edərək 2024-cü il Paris Olimpiadası üçün kvotanı əldə edib.

Federasiyanın açıqlamasında Elif Berra və milli komandanın texniki heyəti təbrik edilib.

Vüqar Alışov