Türkiyə Milli dənizçilərdən gümüş medal

Bakı, 26 aprel, Sporaz.tv

“Fenerbahçe” (Fənərbaxça) Doğuşun milli dənizçiləri Alican Kaynar və Beste Kaynakçı Fransada keçirilən bütün dərəcəli olimpiya seçmə yarışlarında Nacra 17-də gümüş medal qazanıblar.

Sporaz.tv  xəbər verir ki, Türkiyə Yelkənli İdman Federasiyasından verilən açıqlamaya görə, Fransanın Hyeres şəhərində keçirilən təşkilatın finalında daha əvvəl Paris 2024 Olimpiya Oyunları üçün viza alan milli idmançılar mübarizə aparıb.

Alican Kaynar və Beste Kaynakçı dueti yarışı ikinci tamamlayaraq gümüş medal qazanıb.

Vüqar Alışov