Türk boksu rinqlərdə fırtına kimidir

Bakı, 29 aprel, Sporaz.tv

Serbiyada keçirilən Avropa çempionatında Türkiyə milli boksçuları 3-ü qızıl olmaqla 5 medal qazanaraq yeni zirvəyə yüksəlib.

Sporaz.tv  xəbər verir ki, Eyüp Gözgeçin sədrlik etdiyi Türkiyə Boks Federasiyası Paris 2024 Olimpiya Oyunları öncəsi Avropa çempionatında uğurlu nəticələr əldə edib. Serbiyanın paytaxtı Belqradda keçirilən təşkilat türk boksçuları üçün bir çox “ilklərə” şahidlik edib.

Kişilər arasında 51 kiloqram çəki dərəcəsində yarışan Səməd Gümüş böyüklər kateqoriyasında ilk Avropa çempionatında qızıl medal qazanıb.

Qadınlar arasında 66 kiloqram çəki dərəcəsində yarışan Busenaz Sürmeneli karyerasında ilk dəfə Avropa çempionu olub.

Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində yarışan 27 yaşlı Buse Naz Çakıroğlu ardıcıl 3-cü dəfə Avropa çempionu olub.

Qadınlarda 75 kiloda Büşra İşıldar, kişilərdə isə 71 kiloda Tuğrulhan Erdemir bürünc medal qazanıb.

Vüqar Alışov