Kəmərli cüdoçu Sude Akan Türkiyə çempionu olub

Bakı, 6 may, Sporaz.tv

Türkiyə Cüdo Federasiyasının təşkil etdiyi Spor Toto Ulduzları Cüdo Türkiyə Çempionatında Kəmər idmançısı Sude Akan çempion olub.

Sporaz.tv xəbər verir ki,  Türkiyə İdman İstedadlarının Yoxlanması və İdmana Yönləndirilməsi Layihəsi çərçivəsində Kemerdə 680 şagird arasından seçilərək idmana yönləndirilən 07 Kemer GS Klubunun idmançısı, Göynük Orta Məktəbinin şagirdi Sude Akan 2019-cu ildə keçirilən çempionatda birinci olmağı bacarıb.

Bu nəticə ilə Sude Akan iyunun 15-16-da Rumıniyada keçiriləcək Balkan çempionatında və iyulda keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb.

Vüqar Alışov

Leave a Reply