Türkiyə milli karateçiləri Xorvatiyada səhnəyə çıxacaqlar

Bakı , 6 may , Sporaz.tv

Mayın 8-12-də Xorvatiyada karate üzrə Avropa çempionatı keçiriləcək. Çempionatda Türkiyəni 12 qadın və 13 kişi olmaqla 25 karateçi təmsil edəcək.

Sporaz.tv xəbər verir ki,  Türkiyə Karate Federasiyasının açıqlamasında bildirilir ki, Zadardakı təşkilatda 51 ölkədən 601 idmançı mübarizə aparacaq.

Çempionatda Türkiyəni 12 qadın və 13 kişi olmaqla 25 karateçi təmsil edəcək.

Parakarate yarışlarında 5 idmançı tatami üzərinə çıxacaq.

Vüqar Alışov