Formula 1 komandası Red Bull-da şok inkişaf

Bakı , 3 may , Sporaz.tv

Formula 1-in son dönəmində iz qoyan Red Bull komandasında şok hadisə yaşanıb. Çempionatların ən önəmli səhmdarlarından olan dizayner mühəndis Adrian Newey-nin komandadan ayrılacağı açıqlanıb.

Sporaz.tv xəbər verir ki, son illər Formula1-də iz qoymuş Red Bull növbəti mövsümə qan itkisi ilə başlayacaq. Avstriyada yerləşən Formula 1 komandası, 19 illik dizayneri Adrian Newey-nin 2025-ci ilin birinci rübündə komandanı tərk edəcəyini açıqlayıb.

Red Bull-un baş mühəndisi olan Adrian Newey də komandanın çempionatlarında ən azı pilotlar qədər paya malikdir. Çünki 65 yaşlı britaniyalı baş mühəndis avtomobilin hər bir hissəsinin dizaynına cavabdehdir.

Avtomobilin bütün hissələrini dizayn edən Adrian Newey, finiş xəttinə bir saniyəyə çatan qələbələrin memarıdır.

Adrian Nyuinin Red Bull-dan ayrılması digər komandalar tərəfindən də həyəcanla qarşılanıb. Mercedes sürücüsü Lewis Hamilton, “Nyui ilə işləmək ən çox etmək istədiyim şey olardı ” dedi .

Ferrari pilotu Çarlz LeKlerk dez Mayamidəki yarışdan əvvəl də oxşar hissləri etiraf edib. Formula 1-də mövsüm bitdikdən sonra transferdə ən önəmli ad Adrian Nyui olacaq.

Vüqar Alışov