Premyer Liqada titul uğrunda mübarizə qızışır

Bakı,6 may,Sporaz.tv

Real Madrid İspaniya La Liqasında 2023-2024 mövsümünün çempionu olub. Beləliklə, Avropanın 5 əsas futbol ölkəsindən 4-də çempionlar bəlli oldu və İngiltərə Premyer Liqasında liderlik uğrunda mübarizə lider “Arsenal” və “Manchester City” arasında qızğın şəkildə davam edir.

İspaniyada “Real Madrid”, Almaniyada “Bayer”, İtaliyada “İnter” və Fransada “Paris Sen-Jermen” (PSJ) çempionluğu təmin etdiyi halda, İngiltərənin “Arsenal”ı xallar cədvəlinə başçılıq edir.Gərgin çempionluq yarışının davam etdiyi Premyer Liqanın 36-cı həftəsində lider “Arsenal” ev sahibi “Bournemouth“(Bornmut)u 3:0 hesabı ilə məğlub edib.

Manchester City“(Mançester Siti) öz meydanında “Wolverhampton”u 5:1, “Liverpool” isə evdə “Tottenham”i 4:2 hesabı ilə məğlub edib.Liqada son 2 matçda “Arsenal” səfərdə “Manchester United“(Mançester Yunayted), evdə “Everton”la qarşılaşacaq.

“Manchester City”(Mançester Siti) son 3 matçda qalib gəlsə, ardıcıl 4 mövsüm İngiltərə çempionluğunu qazanan ilk komanda kimi tarixə düşəcək.Liqada bir oyunu əskik olan gizli lider olan “Manchester City”(Mançester Siti) son 3 oyununda evdə “Fulham”(Fulhem) və “Tottenham“(Tottenhem)la, evdə isə “West Ham United”(Vest Hem Yunayted)lə qarşılaşacaq.”Arsenal”ın 83 xalla zirvədə olduğu Premyer Liqada 1 matç az olan “Manchester City”(Mançester Siti) 82 xalla paytaxt komandasını izləyir. “Liverpool”(Liverpul) 78 xalladır.