Millimizin oyunçusu İtaliyan klublarının RADARINDA

Bakı, 20 aprel, Sporaz.tv

Məsud Əlişanlı kimdir?

Məsud Əlişanlı 2007-ci ildə Bakıda anadan olub. Futbol karyerasına European Football Academy-də başlayıb. Hazırda İtaliyanın Perucca şəhərində “İSM Academy”Futbol Klubunun infrastrukturunda yer alır. İtaliyada oynadığı müddətdə bir çox köklü klubun diqqətini çəkib və bu klublar Məsudu öz heyətinə qatmaq üçün addımlar atmağa hazırdır.

Dəyərli izləyicilər, Sporaz.tv saytı olaraq sizlərə Məsud Əlişanlı ilə apardığımız müsahibəni təqdim edirik:

Salam Məsud bəy, əvvəla sizi İtaliyanın “İSM Academy” futbol klubunun infrastrukturunda yer almağın münasibətilə təbrik edirik. Sizin kimi gənc yeniyetmə idmançılarımızın Azərbaycanı xaricdə layiqincə təmsil etməsi çox sevindirirci haldir.

Sizin hazırda 17 yaşınız var və bu yaşda uğur qazanmağınız həqiqi mənada Azərbaycan gənclərinin gələcəyinin parlaq olacağı işarəsini verir.

Məsud bəy, İtaliyada oynamaq necə bir hissdir?

Salam.Təşəkkür edirəm! Təbii ki, əla bir hissdir. İtaliya hamının arzusunda olduğu bir ölkədir. Buna görə də EFA komandasına sonsuz təşəkkürlərimi bildirirəm.

Bəs futbol karyeranızda ən böyük hədəfiniz nədir?

Əlbəttə,hər futbolçu kimi mənim də hədəflərim var və bütün mübarizəm bunun üçündür. Mən Milan,Barcelona kimi böyük komandaların formasını daşımaq istəyərəm. Bununla yanaşı milli komandanın şərəfini qorumaqda mənim ən başlıca məqsədimdir.

Favorit futbolçunuz kimdir? Hansı ki, gələcəkdə onun yolunu getmək istəyirsiniz. Belə biri varmı?

Ümumdünya üzrə Sergio Ramos deyərdim. Onun oyun tərzini çox bəyənirəm. Azərbaycan liqasında isə Kevin Medinanın oyununu vurğulamaq istərdim.

Perucca” futbol klubunda məşq rejiminiz nələrdən ibarətdir və burdakı sistemdən nə ilə fərqlənir?

Daha çox məşq tempinin yuxarı olması, qidaların fərqli olması kimi şeylər ilə seçilir .

Karyeranızda sizi ən çox kim dəstəkləyir?

Ən çox deyərək digərlərini “yox” saymaq düzgün olmaz,məncə. Ancaq, birmənalı şəkildə onu deyə bilərəm ki,ailəmin böyük dəstəyi var. Eləcə də, EFA-dakı məşqçilərimin və milli komandadan bir məşqçinin dəstəyini vurğulamaq istəyərəm.

Məsud bəy, son olaraq burdan öz yaşıdlarınıza hansı tövsiyyələri vermək istərdiniz?

Hələ ki, kiməsə tövsiyyə verməyim düzgün olmaz məncə. Amma, əmin olun ki, ikinci sualda qeyd etdiyim komandaların birində oynasam, bu suala da cavab verəcəm.

Çox sağ olun,Məsud bəy. Sizinlə həmsöhbət olmaq çox xoş oldu. Sizə hədəflərinizə gedən yolda uğurlar arzu edirik!