İndiyədək 6 Türkiyə idmançısı kvota alıb

Bakı, 25 aprel, Sporaz.tv

26 iyul-11 avqust tarixləri arasında Fransanın ev sahibliyi edəcəyi Paris 2024 Olimpiya Oyunları öncəsi Türkiyə indiyədək 6 idmançı ilə atletika üçün kvota alıb.

Sporaz.tv  xəbər verir ki, Milli idmançıların Olimpiada öncəsi kvota mübarizələri davam edərkən, indiyədək Paris 2024 Olimpiya Oyunları öncəsi atletika üzrə Türkiyə adına Kaan Kigen Özbilen, Sultan Haydar, Ersu Şaşma, Salih Qorxmaz, Yasmani Kopello və Meryem Bekmez kvota alıb.

Vüqar Alışov