“Galatasaray”da heyət dəyişmir

Bakı, 24 aprel, Sporaz.tv

Sporaz.tv xəbər verir ki, “Galatasaray” da Trendyol Superliqasının 34-cü həftəsində “Yukatel Adana Dəmirspor”la qarşılaşmasının hazırlıqlarını davam etdirir. Baş məşqçi Okan Buruk qalan həftələrdə qalib komandanı pozmağı planlaşdırmır.

34-cü həftənin açılış matçında “Qalatasaray” “Yukatel Adana Dəmirspor”un qonağı olacaq.

Məşqçi Okan Burukun geridə qalan 5 matçda qazandığı 11-ni çox dəyişmək istəmədiyi öyrənilib.

“Qalatasaray”ın qapısını Fernando Muslera qoruyacaq.

Abdülkerim Bardakcı və Viktor Nelsson mərkəz müdafiəçi tandemini formalaşdıracaq.

Sol cinahda Derrik Köhn, sağda isə Kaan Ayhanın oynayacağı gözlənilir.

İlk matçını Alanya ilə səfərdə keçirən Serj Aurierin də bu matçda oynayacağı gözlənilir.

Yarımmüdafiənin mərkəzində Lukas Torreyra – Kərəm Dəmirbay cütlüyü pozulmayacaq.

Cinahlarda son matçlardakı çıxışları ilə bəyənilən Hakim Ziyeç və Barış Alper Yılmaz olacaq.

Dris Mertens hücumçunun arxasında oynayacaq.

Son 5 liqa matçında 6 qol vuran Mauro İkardi forvardda çıxış edəcək.

Vüqar Alışov