“Qarabağ”ın sabiq qapıçısı 14 ildən sonra yığması ilə vidalaşıb

Bakı,7 may,Sporaz.tv

Qarabağ” klubunun sabiq qapıçısı “Ibrahim Sehić”(İbrahim Şehiç) Bosniya və Herseqovina millisindəki karyerasını başa vurub.

Sporaz.tv məlumat verir ki, 35 yaşlı qolkiper bu barədə instagram hesabında bildirib.

Şehiç 14 ildən sonra yığma ilə vidalaşdığını vurğulayıb.

Qeyd edək ki, İbrahim Sehic 2015 – 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə 5 dəfə Azərbaycan çempionu olub. Təcrübəli oyunçu hazırda Səudiyyə Ərəbistanında “Əl-Halic”in formasını geyinir.

Leave a Reply