“Bodrum FK” Super Liqaya yüksəlib

Bakı,31 may,Sporaz.tv

Trendyol 1-ci Liqanın pley-off finalında normal vaxtda 1-1 bitən və əlavə vaxta gedən matçda “Sakaryaspor“u 3-1 məğlub edən Bodrum FK Super Liqaya yüksələn üçüncü komanda olub.

Sporaz.tv xəbər veriri ki, Trendyol 1-ci Liqasında “Eyüpspor” və “Göztepe“dən sonra Super Liqaya yüksələn son komanda Adanada bəlli olub.

Trendyol 1-ci Liqasının pley-off finalında Yeni Adana Stadionunda “Sakaryaspor” və “Bodrum FK” komandaları üz-üzə gəlib.

Normal vaxtı 1-1 bitən matçda Bodrum FK əlavə vaxtda vurduğu qollarla rəqibini 3-1 məğlub edərək Super Liqaya yüksəlib.