Ayrılacaq adlar müəyyənləşir

Transfer dövründə indiyədək heyətinə 3 adı qatan “Beşiktaş”da rəhbərlik, adların qalması üçün baş məşqçi Giovanni van Bronckhorstun hesabatını gözləyir. Qara-ağların ilk olaraq Omar Colley, Daniel Amartey və Vincent Aboubakar ilə yollarını ayırmağı planlaşdırdığı bildirilib.

Galatasaraydan Yusuf Demir qərarı

Ötən mövsümü icarə əsasında “Basel”də keçirən Yusuf Demir “Galatasaray”a qayıdıb və düşərgəyə qatılıb. “Sarı-qırmızılar”ın “LASK Linz”lə keçirdiyi yoldaşlıq oyununda effektiv oyunu ilə Okan Burukdan keçid qiyməti alan 21 yaşlı futbolçu əcnəbi sayılacağı üçün heyətdə yer almayıb. Bu mövsüm Avropada deyil, Türkiyədə bir komandaya icarəyə veriləcəyi gündəmdə olan Demir üçün Super Liqanın yeni komandasının gündəmdə olduğu iddia edilib.