Almaniyada 44 nömrə qadağası

Bakı, 20 aprel, Sporaz.tv

AVRO 2024-dən əvvəl nümayiş etdirilən Almaniya millisinin yeni formalarının üzərindəki şrift müzakirələrə səbəb olub. Hadisələrdən sonra azarkeşlərin aldığı formalarda 44 rəqəminin çapının qarşısı alındığı açıqlanıb.

İyunun 4-də Almaniyanın paytaxtı Berlində start götürəcək 2024-cü il Futbol üzrə Avropa Çempionatı öncəsi ev sahibi ölkənin yeni formalarındakı şrift müzakirələrə səbəb olub.

Panzers çəhrayı və ağ iki fərqli formanı açıqladı və rəqəmlərin yazılışı mübahisələrə səbəb oldu.

Almanlar şriftin Adolf Hitlerin qurduğu Nasional Sosialist Partiyasının simvoluna bənzədiyi iddiasına reaksiya verib.

Baş verənlərdən sonra Federasiya 44 nömrəli formanı qadağan etdi.

Hazırda “44” nömrəli forma geyinən oyunçu olmasa da, azarkeşlər bu nömrəni aldıqları formada özləri üçün çap etdirə bilərdilər.

Federasiya azarkeşlərin aldığı formaların üzərində 44 rəqəminin çap edilməsinin qarşısı alındığını açıqlayıb.

Avropa çempionatına ev sahibliyi edəcək “Panzers” ötən ay Fransaya 2:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyununda yeni formalarını təqdim edib.

Almaniya Futbol Federasiyası 70 ildən artıqdır ki, forma sponsoru olan şirkətlə ortaqlığın 2027-ci ildə bitəcəyini açıqlayıb.

Dinarə Ağayeva