Yusuf Yazıcıya böyük talib

Bakı , 6 may , sporaz.tv

Fransanın “Lille” komandasında çıxış edən və müqaviləsi mövsümün sonunda başa çatacaq Yusuf Yazıcının adı Hollandiya nəhəngi “Ajax“la hallanır.

Sporaz.tv xəbər verir ki , Hollandiya Erediviziyasında pis mövsüm keçirən və liqaya iki həftə qalmış 5-ci yerdə qərarlaşan “Ayaks” növbəti mövsüm üçün həm yeni baş məşqçi, həm də sol ayaqlı sağ cinah oyunçusu axtarır.

Gələn həftə yeni baş məşqçisini açıqlaması gözlənilən Hollandiya komandasının gündəmində bir müddət “Alanyaspor” və “Karagümrük”ü də çalışdırmış “Nitsa”nın baş məşqçisi Françesko Farioli və son olaraq “Çelsi”ni çalışdıran və daha sonra boş qalan Qrem Potter var. Bir ildən sonra Antoni və Hakim Ziyech kimi sol cinah oyunçularından mənmun qala “Ajax”, bu mövqeyə yeni bir ad axtarır. “Ajax”ın yeni sağ cinahı üçün 10 namizədi içərisinndə Yusuf Yazıcının da adı var. Yusufun “Lille” ilə müqaviləsi mövsümün sonunda bitəcək.

“Lill”in 10 nömrəsi son dərəcə texnikalıdır, dar sahələrdə güclüdür və çox yönlü olması sayəsində sağ cinah mövqeyini də doldura bilir”. Yusuf Yazıcı bu mövsüm “Lille” 41 matçda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bahar Rüstəm