Bakı, 28 iyul, Sporaz.tv
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Sporaz.tv xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Straxinya Bunçiçlə (Serbiya) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Y.Nəcəfov turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Mənbə: Report