Bakı, 9 iyul, Sporaz.tv
2024 Amerika Kubokunda (Copa America) yarımfinal həyəcanı sabah başlayacaq.
Sporaz.tv xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası tərəfindən (CONMEBOL) ABŞ-ın ev sahibliyi edəcəyi turnirin finalçıları sabah və iyulun 11-də keçiriləcək görüşlərlə müəyyənləşəcək.
Yarımfinalın ilk oyununda son çempion Argentina sabah Kanada ilə qarşılaşacaq. New Jersey ştatının East Rutherford şəhərindəki MetLife Stadiumunda oynanılacaq qarşılaşma GMT ilə saat 03:00-da başlayacaq.
İyulun 11-i cümə axşamı keçiriləcək digər yarımfinal matçında Uruguay və Kolumbiya üz-üzə gələcək. GMT ilə saat 03:00-da başlayacaq qarşılaşmaya Şimali Karolina ştatının Şarlotta şəhərindəki “Bank of America” stadionu ev sahibliyi edəcək.
Yarımfinal görüşlərində qalib gələn komandalar finala yüksələcək. Uduzan komandalar isə üçüncülük müsabiqəsinə çıxacaq.