ABŞ, Paris 2024-də liderdir

Paris 2024 Olimpiya Oyunlarının 12-ci gününün yekununda 27 qızıl, 35 gümüş və 32 bürünclə ümumilikdə 94 medal qazanan ABŞ, ümumi reytinq cədvəlində liderliyini qoruyub. ABŞ-ın ən yaxın izləyicisi ümumilikdə 65 medalla Çindir. Azərbaycan, siyahıda 22-ci yerdədir.

Finalın adı bəlli oldu

2024-cü il Amerika Kubokunun yarımfinalında Uruguay və Kolumbiya milliləri üz-üzə gəlib. Galatasaray (Qalatasaray)-ın futbolçusu Davinson Sanchezin 90 dəqiqə oynadığı Kolumbiya, rəqibini 1:0 hesabı ilə məğlub edərək finalda Argentinanın rəqibi olub.