Wendel üçün Galatasarayda yeni təklif

Bakı, 21 iyul, Sporaz.tv

Galatasaray” “Zenit“də çıxış edən Wendeli heyətinə qatmaq istəyir. Sarı-qırmızılıların təklifini 20 milyon avroya qədər artırdığı bildirilib.

Sporaz.tv məlumat verir ki, transfer səylərini davam etdirən Galatasarayda yarımmüdafiə üçün gündəmdə olan ad “Zenit”dən Vendeldir.

Sarı-qırmızılıların “Zenit”ə təklifini artırdığı və cavab gözlədiyi bildirilib.

Xəbərdə “Galatasaray”ın braziliyalı yarımmüdafiəçi üçün “Zenit”ə 20 milyon avro təklif etdiyi bildirilib.

Digər tərəfdən, sağ cinah müdafiəçisi Guela Doue üçün Rennesdən transfer üçün razılığa gəlindiyi və sarı-qırmızılıların 6 milyon avro ödəyəcəyi qeyd edilib.

Wendel  dünən “Zenit”in “Krylya Sovetov”la oyununda 86 dəqiqə meydanda qalıb.

26 yaşlı futbolçu matçı 2 məhsuldar ötürmə ilə tamamlayıb və “Zenit” meydanı 4:0 hesablı qələbə ilə tərk edib.

Braziliyalı yarımmüdafiəçi karyerasında “Sporting” və “Fluminense“də də çıxış edib.