Van Bronckhorstdan Semih Kılıçsoy qərarı

Bakı 24 sentyabr, Sporaz.tv

Beşiktaş“ın “Eyüpspor“a 2:1 hesabı ilə qalib gəldiyi matçda sonradan oyuna daxil olan Semih Kılıçsoy penaltini vuraraq komandasının qələbəsində mühüm rol oynayıb. “Qara-ağlar”ın baş məşqçisi Giovanni van Bronckhorstun Semih Kılıçsoyla bağlı planı üzə çıxıb.

Sporaz.tv xəbər verir ki, Superliqanın 6-cı həftəsində “Beşiktaş” öz meydanında “Eyüpspor”u 2:1 hesabı ilə məğlub edib. Oyuna salındıqdan sonra vurduğu penalti ilə matçın taleyüklü adamlarından birinə çevrilən Semih Kılıçsoy ilk 11-liyə qayıtmağa hazırlaşır.

Giovanni van Bronckhorst qarşıdakı matçlarda Semih Kılıçsoyu start 11-ə salmağı planlaşdırır.

“Eyüpspor” matçına cinahda başlayan Joao Marionun burada əldə etdiyi imkanlardan yararlana bilmədiyi bildirilir.

Semih Kılıçsoy oyuna daxil olduqdan sonra portuqaliyalı futbolçunun mərkəzə keçməsindən sonra daha təsirli olduğu bildirilib.

“Qara-ağlar”ın hollandiyalı çalışdırıcısı Joao Marionun mərkəzə doğru hərəkət etdiyi heyətdə Semih Kılıçsoyu cinahda istifadə etməklə start 11-ə başlaya bilər.

Semih Kılıçsoy bu mövsüm “Beşiktaş”ın heyətində 7 oyun keçirib. 19 yaşlı futbolçu bu matçlarda 3 məhsuldar ötürmə edib, qola töhfə verməyib.

Bahar Rüstəm

Leave a Reply