UEFA Çempionlar Liqası:”Qarabağ”,”Lincoln”a bu dəfə də şans vermədi

Bakı, 30 iyul, Sporaz.tv

QarabağUEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Sporaz.tv xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin “Lincoln” kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninho het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia,72-ci dəqiqədə isə Leandro Andrade adlarını tabloya yazdırıb.

Səfərdə rəqibini iki qolla üstələyən təmsilçimiz, növbəti III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” bu raundda “Ludogorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludogorets” qələbə qazanıb – 2:0.

21:52

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol qeydə alınıb.

Sporaz.tv xəbər verir ki, Azərbaycan çempionu, beşinci dəfə topu rəqib qapısından keçirib – 5:0

72-ci dəqiqədə Leandro Andrade fərqlənib.

21:27

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçının II hissəsında “Qarabağ” ilk qolunu atdı.

Sporaz.tv xəbər verir ki, “”Köhlən atlar””Qarabağ”-ın heyətində 66-cı dəqiqədə Yassin Benzia fərqlənib.

Beləliklə, təmsilçimiz, qol sayını 4-ə çatdırıb.

21:02

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında II hissə başlayıb.

Sporaz.tv xəbər verir ki, təmsilçimiz ilk hissənin Juninhonun 17, 31, 44-cü dəqiqələrdə atdığı qollarla başa vurub.

Qeyd edək ki, səfər matçında təmsilçimiz, “Lincoln” komandasını 2:0 hesabı ilə məğlub edib.

20:45

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Qarabağ” 3-cü qolunu atıb.

Sporaz.tv xəbər verir ki, Olovio Juninho 44-cü dəqiqədə het-trik edib.

Braziliyalı forvard, komandasını fasiləyə 3 fərqlə yollayıb.

20:31

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol qeydə alınıb.

Sporaz.tv xəbər verir ki, Olovio Juninho 31-ci dəqiqədə atdığı qolla fərqi 2-yə çatdırıb.

Matçın ilk hissəsində braziliyalı oyunçu, özünün və komandanın ikinci qoluna imza atıb.

20:17

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

Sporaz.tv xəbər verir ki, təmsilçimiz matçın 17-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Olavio Juninho, atdığı qolla komandasını 1:0 önə keçirib.

20:00

Qarabağ” və Cəbəllütariqin “Lincoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Sporaz.tv xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionundakı qarşılaşma, 20:00-da start götürüb.

Qeyd edək ki, səfər matçında təmsilçimiz, “Lincoln” komandasını 2:0 hesabı ilə məğlub edib.