Türkiyə – Portuqaliya matçının alman hakimi

Bakı, 20 iyun, Sporaz.tv

Milli Futbol Komandasının 2024-cü il Avropa Çempionatının (AVRO 2024) F qrupunda Portuqaliya ilə keçirəcəyi oyunu almaniyalı hakim Feliks Zwayeridarə edəcək.

Sporaz.tv xəbər verir ki, UEFA-dan verilən açıqlamaya görə, BVB Dortmund stadionunda iyunun 22-də, saat 19:00-da başlayacaq qarşılaşmada, Feliks Zwayerin fit çalacaq köməkçiləri eyni ölkədən Stefan Lupp və Marko Achmüller olacaq.

Onu da qeyd edək ki, matçın dördüncü hakimi ispaniyalı Jeses Gil Manzano olacaq.