Türkiyə Voleybol Federasiyası(TFV) İdman Liseyi dünyada üçüncü yeri tutub

Bakı, 29 aprel, Sporaz.tv

Serbiyada Beynəlxalq Məktəb İdmanları Federasiyasının təşkil etdiyi Liseylər arasında Dünya Voleybol Çempionatında yarışan TVF İdman Liseyi Kişi Voleybol Komandası üçüncü olub.

Sporaz.tv  xəbər verir ki, Türkiyə Voleybol Federasiyasından verilən məlumata görə, TVF İdman Liseyi üçüncülük matçında Tayvan təmsilçisini 2-1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Qadınlar kateqoriyasında yarışan Acıbadem Bilim Doğa Liseyi təsnifat matçında Çin təmsilçisini 2-1 hesabı ilə məğlub edərək təşkilatçılığı beşinci sırada tamamlayıb.

Nazir Bakdan TVF İdman Liseyinə təbrik

Bu arada Gənclər və İdman naziri Osman Aşkın Bak Serbiyadan medalla qayıdan TVF İdman Liseyi Kişi Voleybol Komandasını təbrik edib.

Nazir Bak təbrikində aşağıdakı ifadələrə yer verib:

“Beynəlxalq Məktəb İdmanları Federasiyasının Serbiyada təşkil etdiyi Liseylər arasında Dünya Voleybol Çempionatında Tayvan təmsilçisini məğlub edərək bürünc medal qazanan TVF İdman Liseyi Oğlan Voleybol Komandamızı təbrik edirəm. Türkiyə voleybol ölkəsi olmaq yolunda möhkəm addımlar atır. Ölkə olaraq məktəb idmanında əldə etdiyimiz üçüncü yer “Beynəlxalq arenada davamlı uğurlarımızın davamı üçün vacibdir. Dünya Liseyi Voleybolunda yarışan Acıbadem Bilim Doğa Liseyini də təbrik edirəm. Çempionatı 5-ci yerdə başa vuraraq gələcəyə ümidlə baxmağımızı təmin edən gənc idmançılarımıza uğurlar arzulayıram”.

Vüqar Alışov