Türkiyə kubokunun finalında möhtəşəm qonaqlar

Bakı,23 may,Sporaz.tv

Bu gün Atatürk Olimpiya Stadionunda “Beşiktaş“la “Trabzonspor” arasında keçiriləcək Ziraat Türkiyə Kubokunun final matçında bayram ab-havası keçəcək.

Sporaz.tv xəbər verir ki, saat 20.45-də başlayacaq və ərəfəsində konsertlər olacaq matçın biletləri satılıb.
Konsertlərdə DJ Hakan Sabancı, Sefo və Norm Ender səhnə alacaq. Norm Ender Cümhuriyyətin 100 illiyi üçün yazdığı “Parlaq” mahnısını xorla ifa edəcək.

Türkiyə Futbol Federasiyası (TFF) matçdan əvvəl tribunalara 50 min türk bayrağı paylayacaq, VİP tribunalarda şəhid ailələrini qonaq edəcək. Əlil futbolsevərlər də matçı onlara ayrılmış tribunadan izləyə biləcəklər.

Bahar Rüstəm