“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb

Bakı, 28 iyun, Sporaz.tv

“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb.

Sporaz.tv klubun rəsmi sosial şəbəkəsinə istinadən məlumat verir ki, klub bölgə təmsilçisi Moldova millisinin şərəfini qoruyan müdafiəçi “Denis Marandici (Denis Marandiçi)” ilə 2, yarımmüdafiəçi Eltun Turabovla isə 1 illik yeni müqavilə bağlayıb.

“D.Marandici (D.Marandiçi)” “Turan Tovuz”un heyətində 47 oyun keçirib. E.Turabov isə iki mövsümdür Tovuz klubunda çıxış edir.