“Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı”

Bakı,16 may,Sporaz.tv

Tractor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur- Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası.

Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində 1970-ci ildə yaradılmış, 2011-ci ildən isə müstəqil klub olaraq fəaliyyət göstərir.

Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir.

Bəs klubun adının “Tractor FK” olması nəyə əaslanır?

Şəhərdə böyük bir Traktor fabriki vardır. Bu fabrikin dəstəyi ilə qurulduğu üçün adı da burdan yaranıb. Komandanın rəngləri isə qırmızı və ağdır. Özlərinə “Qızıl Qurd” deyərək səslənən “Tractor” azarkeşləri komandalarının adını öz ləhcələrinə xas olaraq Tirəxtur adlandırırlar. Amma bu ad nə elan edilir, nədə ki, azarkeşlər üzərindəki afişalar, şarflar, formalar İran polisi tərəfindən stadiona alınırdı.

“Tractor” azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Tractor hər ildir ardıcıl olaraq 2009/10-dan sonrakı mövsümlərində ən çox tamaşaçısı olan komanda seçilibdir. Traktor Klubunun prezidentinin dediklərinə görə 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olubdur ki, dünyada çoxlu azarkeşi olan  Real Madrid kimi məşhur komandanın azarkeş sayına bərabəridir.

İranda qadınlara futbol oyunlarına tamaşa etmək üçün stadiona getmək qadağandır. Bəhanə kimi stadionlarda kişi futbol azarkeşlərinin bəzən etikadan kənar ifadələr işlətməsi, şüarlar səsləndirməsi göstərilir. Ancaq “Tractor” azarkeşləri İran futbol klubları azarkeşləri arasında həm də ən nizam-intizamlı azarkeşlər sayılırlar. Klubun qadın azarkeşləri stadiona girmək qadağası olduğuna görə sevimli komandalarının oyunlarına stadion ətrafındakı təpələrin üzərinə çıxaraq tamaşa edirlər, amma bu ənənənin digər şəhərlərdə də yayılacağından təşvişə düşən polis son vaxtlar buna qarşı ciddi mübarizə aparır. Hətta komandanın bir neçə qadın azarkeşi həbs edilmiş və onlardan bir daha futbol oyunlarına tamaşa etmək üçün ətraf təpələrə qalxmayacaqları haqqında iltizam alındıqdan sonra azad buraxılmışlar.

“Tractor”un qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq azarkeşləri sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda “Eybi yox! Eybi yox” sədaları eşidilir. “Tractor” azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:

  1. Yaşasın Azərbaycan!
  2. Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı”
  3. Azərbaycan var olsun, İstəməyən xar olsun!
  4. Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
  5. Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!

“Tractor-Sazi” qurulduğu gündən sonra milyonlarla Türk vətəndaşının komandası olub. Həmçinin, türklərə zülm edən İran dövlətinə qarşı bir mübarizənin səsi və təmsilçisi olub.

Bahar Rüstəm