Timbervolves seriyanı 2-0 qazanıb

Bakı, 7 may, Sporaz.tv

NBA Qərb Konfransının yarımfinalında Minnesota Timbervolves səfərdə Denver Nuggets-i 106-80 hesabı ilə məğlub etdi və seriyada 2-0 önə keçdi.

Sporaz.tv xəbər verir ki, NBA-nın yarımfinalında 2 qarşılaşma keçirilib. Qərb konfransında “Timbervolvz” “Naqgets”i 26 xalla məğlub edib.

Antoni Edvards və Karl-Entoni Tauns hərəyə 27 xalla Timbervolvzun qələbəsinə töhfə verib.

Aaron Qordonun 20, Nikola Jokiçin isə 16 xalı Nuggets-in qələbə qazanması üçün kifayət etmədi.

Niks 1-0 önə keçdi

Şərq Konfransının yarımfinalında “Nyu York Niks” ev sahibi “İndiana Peysers”ə 121-117 hesabı ilə qalib gələrək seriyada 1-0 önə keçib.

“Nicks”in 43 xalla oyunun bombardiri Jalen Brunson komandasının qələbəsində mühüm rol oynayıb.

Myles Turner 23 xalla Pacers-də fərqlənib.

Vüqar Alışov

Leave a Reply