Bakı, 12 noyabr, Sporaz.tv
Sarı-göylü komandanın idman direktoru Mario Branconun mövsümün əvvəlində adı “Fenerbahçe” ilə hallanan Anderson Talisca ilə əlaqə saxladığı iddia edilib. Şərtlərin yerinə yetirildiyi təqdirdə Brankonun Talisca üçün rəsmi addım atacağı bildirilərkən, braziliyalı ulduz üçün “Al Nassr”-ın istədiyi transfer haqqı ilə bağlı da məlumat verildi.
Sporaz.tv məlumat verir ki, 10 nömrəli mövqe üçün kreativ futbolçu axtarışında olan “Fenebahçe”(Fənərbaxça) İdman Direktoru Mario Branconun Anderson Talisca üçün təmaslarını davam etdirdiyi iddia edilib.
“Fenerbahçe” mövsümün əvvəlində Mourinhonun Youssef En-Nesyrinin transferinə üstünlük verdiyi üçün Talisca transferini dayandırıb.
Lakin sarı-göylərin idman direktoru Mario Branco, 30 yaşlı futbolçu ilə əlaqəni kəsməyib.
Bildirilib ki, 10 nömrəli yaradıcı axtarışda olan Branco, şərtlər yerinə yetirildiyi təqdirdə Talisca üçün rəsmi təşəbbüslərə başlaya bilər.
“Al Nassr“-ın Taliscadan 10 milyon avroluq transfer qiyməti olduğu bildirilir.
Səudiyyə Ərəbistanı yığmasında illik 12 milyon avro xalis maaş alan Taliscanın eyni səviyyədə maaş tələb etdiyi iddia edilib.
Talisca, bu mövsüm “Al Nassr”-ın heyətində 17 matçda 1275 dəqiqə meydanda olub. Braziliyalı futbolçu bu matçlarda 8 qola töhfə verib.