Tək futbolçu deyil, həmdə 100-ə yaxın insanın xilaskarıdır

Bakı,7 may,Sporaz.tv

İngiltərənin “Chelsea“(Çelsi) və İspaniyanın “Atletico“(Atletiko) klubunun sabiq futbolçusu “Diego Costa”(Dieqo Kosta) Braziliyada 100-ə yaxın insanı daşqınlardan xilas edib.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, 35 yaşlı hücumçu məşqdən evə qayıdarkən Eldorado do Sulda kömək istəyən bir qrup insanla qarşılaşıb.

O, xilasetmə işləri üçün “Jeep” markalı avtomobil və motosiklet təşkil edib. Daha sonra nəqliyyat vasitəsi olan 4 dostunu da bu işə yönləndirib.

Qeyd edək ki, Braziliyada daşqınlar nəticəsində 80-dən çox insan ölüb. Costa hazırda Braziliyada “Gremio”nun formasını geyinir.

Mənbə:Report