Bakı, 17 iyul, Sporaz.tv
“Sumqayıt“ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” daha bir yoxlama matçı keçirib.
Sporaz.tv xəbər verir ki, Székesfehérvár klubu Türkiyə təmsilçisi “Göztepe” ilə qarşılaşıb.
Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” da dünən yoxlama görüşündə Türkiyə təmsilçisi “Adana Dəmirspor”la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Samir Abasovun rəhbərlik etdiyi klub “Fehervar”la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.