“Sivasspor”un 4 matçlıq seriyası başa çatıb

Bakı, 6 may, Sporaz.tv

Trendyol Superliqasının XXXV həftəsində səfərdə “Galatasaray”(Qalatarsaray)a 6:1 hesabı ilə uduzduğu “EMS Yapı Sivasspor”un 4 matçlıq məğlubiyyətsizlik seriyası sona çatıb.

Sporaz.tv xəbər verir ki, sonuncu dəfə liqanın XXX həftəsində səfərdə “Yukatel Adana Dəmirspor”a 4:1 hesabı ilə uduzan “qırmızı-ağlar” növbəti 4 qarşılaşmada məğlubiyyətsiz qalıb.

Sivas təmsilçisi XXXI həftədə öz meydanında VavaCars Fatih Karagümrük matçını 1-0 qazanaraq məğlubiyyətsizlik seriyasına başlayıb.

Liqanın XXXII həftəsində səfərdə “Trabzonspor”u 1:0 hesabı ilə məğlub edən “Sivasspor” 33-cü həftədə doğma meydanda “Fənərbaxça” ilə 2:2 bərabərə qalıb.

“Qırmızı-ağlar” liqanın 34-cü həftəsində evdə “TÜMOSAN Konyaspor”u 1:0 hesabı ilə məğlub edib.

Dünən liqanın 35-ci həftəsində səfərdə “Qalatasaray”a 6:1 hesabı ilə uduzduqları “qırmızı-ağlar”ın 4 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

“Sivasspor” liqanın XXXVI həftəsində öz meydanında “RAMS Başakşehir”lə qarşılaşacaq.

Vüqar Alışov