“Sivasspor”a daha bir ingilis gəlir

Bakı, 16 iyul, Sporaz.tv

Sivasspor”un “Stoke City”nin 29 yaşlı yarımmüdafiəçisi Josh Laurent üçün transfer təklifinin qəbul olunduğu iddia edilib.

 Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Sivasspor” Birminghamın 10 nömrəli futbolçusu Alex Pritchardın ardından heyətinə daha bir ingilis yarımmüdafiəçi qatmaq üzrədir.

İngiltərə çempionatında çıxış edən “Stoke City” Josh Laurentin transferi üçün “Sivasspor”un təklifini qəbul edib.

Stoke müqaviləsinin son ilinə qədəm qoyan Laurentla bir çox komandanın, o cümlədən “Birmingem City”nin maraqlandığı, lakin “qırmızı-ağlar”ın rəsmi təklif edərək bu transferdə rəqiblərini qabaqladığı bildirilib.

Xəbərin təfərrüatında İngiltərə komandasının 29 yaşlı oyunçunun müqavilə vəziyyətinə görə münasib transfer haqqı qarşılığında Sivasspor ilə razılaşdığı bildirilib.

Josh Laurent əvvəlki mövsümdə “Stoke City”nin heyətində 40 matça çıxıb və 3 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.