Sergen Yalçının gözü “Beşiktaş”da: Plan üzə çıxdı

Bakı , 29 aprel , sporaz.tv

Transfer qadağası olan “Antalyaspor”un çalışdırıcısı Sergen Yalçın öz variantından istifadə etməyi planlaşdırmır. “Akdeniz” komandasından ayrılmaq qərarına gələn Yalçının “Beşiktaş”dan xəbər gözlədiyi iddia edilib. “Beşiktaş” Sergen Yalçınla bağlı son qərarını mövsümün sonunda verəcək.

Sporaz.tv xəbər verir ki , yeni mövsüm üçün məşqçi axtarışlarının davam etdiyi “Beşiktaş”da Sergen Yalçının adı tez-tez hallanır. Mövsümün sonunda “Akdeniz” komandasından ayrılmaq qərarına gələn Yalçın üçün “Beşiktaş” rəhbərliyinin son qərarı nə vaxt verəcəyi bəllidi.

Sergen Yalçın “Beşiktaş”ın onunla bağlı qərarını gözləyir. “Qara-ağlılar” rəhbərliyinin Yalçınla bağlı qərarını mövsüm bitdikdən sonra verəcəyi gözlənilir.

“Beşiktaş” Futbol Komandalarının Baş Koordinatoru Səməd Aybaba bir müddət əvvəl mövzu ilə bağlı açıqlama verərək, “Sergen Yalçın təbii namizəddir. Bu iş asan deyil. Məşqçi seçimi həqiqətən çətindir” dedi.

Bahar Rüstəm