Serdar Azizin yeni komandası bəlli olub

Bakı, 10 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin ilk mövsümöncəsi düşərgədə ayrılmaq qərarına gəldiyi Serdar Azizin yeni ünvanı bəlli olur. Səudiyyə Ərəbistanı və Qətərdən təklif alan 33 yaşlı müdafiəçiyə Superliqadan da taliblər var.

Sporaz.tv məlumat verir ki, ilk düşərgə mərhələsində “Fenerbahçe”-dən ayrılmağa qərar verən Serdar Aziz, bu vaxt heç bir komanda ilə anlaşa bilməyib.

33 yaşlı müdafiəçi, son qərarını sentyabrın 13-də transfer pəncərəsi bağlanana qədər verəcək.

Səudiyyə Ərəbistanı və Qətərdən təklif alan Serdar Aziz, Türkiyədə qalmaq istəyir.

Təcrübəli müdafiəçiyə Türkiyədən “Eyüpspor”, “Sivasspor” və “Hatayspor” klublarının maraq göstərdiyi bildirilib.

Serdar Aziz, “Fenerbahçe”-nin heyətində 135 oyun keçirib. 33 yaşlı müdafiəçi bu matçlarda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.

Leave a Reply