”Sabah” və “Zirə” oyunları saat neçədə başlayacaq?

Bakı, 3 avqust, Sporaz.tv

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Sabah” və “Zirə” komandalarının oyunlarının başlama saatları açıqlanıb.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, “Sent-Patriks Atletik” (İrlandiya) klubu ilə qarşılaşacaq “Sabah”ın ilk matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

1 həftə sonra “Bank Respublika Arena”da rellaşacaq cavab qarşılaşması isə 20:00-da başlayacaq.

Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək “Zirə” də ilk oyununa səfərdə çıxacaq. Görüşün başlama saatı Bakı vaxtı ilə 22:00-da təyin olunub. Avqustun 15-i “Dalğa Arena”da keçiriləcək cavab matçının start fiti isə 20:30-da səslənəcək.

Qeyd edək ki, hər iki təmsilçimizin ilk oyunları avqustun 8-i, cavab qarşılaşmaları isə avqustun 15-i gerçəkləşəcək.