Bakı, 26 iyul, Sporaz.tv
Bu sözləri “Zirə “nin baş məşqçisi Rəşad Sadıqov “Dac 1904“lə olan matçdan sonrakı mətbuat konfransıdan deyib.
Sporaz.tv xəbər verir ki, Bu axşam UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” – “Dac 1904” matçı 4-0 hesabı ilə başa çatıb. “Qartallar” səfər oyunu üçün böyük fərqlə üstünlük qazanıb.
Matçdan sonrakı mətbuat konfransında Sadıqov səfər oyunu üçün bu sözləri deyib:
“İlk oyundan sonra danışmaq həmişə çətindir. Birinci hissə bitdi. Bizi 1 hətəlik fasilə gözləyir. Mərhələni keçmək istəyiriksə, cavab matçına yaxşı hazırlaşmalıyıq. Rəqib növbəti matçda amansız mübarizə aparacaq. Biz gördük ki, onlar 60-cı dəqiqədən sonra amansız mübarizə aparırlar”.
Qeyd edək ki, revanj matçı 1 həftə sonra Slovakiyada baş tutacaq.
Bahar Rüstəm