Bakı,2 may,Sporaz.tv
Məşhur portuqaliyalı hücumçu “Cristiano Ronaldo“(Kriştianu Ronaldo)nun oynadığı “Al Nassr“(Əl-Nəsr) ilə “Al Khalid”(Əl-Xalid) komandaları Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında üz-üzə gəliblər.
Sporaz.tv xəbər verir ki, Ər-Riyadda keçirilən qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaliblərin heyətində Ronaldo dubl edib. Seneqallı hücumçu Sadio Mane isə meydan sahiblərinin üçüncü qolunu vurub.
Beləliklə, “Al Nassr”(Əl-Nəsr) Səudiyyə Ərəbistanı Kral Kubokunun finalına çıxıb. Turnirin həlledici oyununda Ronaldunun komandası “Əl-Hilal”la qarşılaşacaq.
Mənbə:Report