“Roma”da qalib gəlmədi

Bakı , 6 may , Sporaz.tv

İtaliya I Futbol Liqasında (A seriyası) keçirilən görüşdə “Roma” doğma meydanda “Juventus”(Yuventus) la 1:1 hesablı heç-heçə edib.

Sporaz.tv xəbər verir ki, liqanın XXXV həftəsində keçirilən matçda ev sahibi “Roma”nın qolunu 15-ci dəqiqədə Romelu Lukaku, “Yuventus”un qolunu isə 31-ci dəqiqədə Bremer vurub.

“Juventus”(Yuventus)un milli futbolçusu Kənan Yıldız xəstəliyi səbəbindən heyətə daxil edilməyib. Romada əvəzedici heyətdə meydana çıxan Zeki Çelik oynamaq şansı qazanmayıb.

Günün digər matçında isə iki dəfə geri düşdüyü matçda “Milan” doğma meydanda “Cenoa” ilə 3:3 hesablı heç-heçə edib.

“İnter”in çempionluğunu elan etdiyi A seriyasında “Milan” 71 xalla ikinci, “Yuventus” 66 xalla üçüncü, “Roma” 60 xalla beşincidir.

Vüqar Alışov