Bakı, 4 oktyabr, Sporaz.tv
İtaliya A Seriyasında “Roma“, bu mövsüm ikinci dəfə məşqçi dəyişə bilər.
Sporaz.tv xəbər verir ki, mövsümə istədiyi kimi başlaya bilməyən və pis nəticələrdən sonra Daniele De Rossi ilə yollarını ayıran və yerinə Ivan Jurici təyin edən “Roma”da məşqçi yenidən dəyişə bilər.
Birləşmiş Ərəb Əmirliklərində Al Shabab (Əl Şabab)-ı çalışdıran Paulo Sousanın İvan Juricin yerinə ən güclü namizədlərdən biri olduğu iddia edilir.
Sousanın müqaviləsi davam etdiyi üçün, “Roma”-nın portuqaliyalı çalışdırıcını təyin etdiyi təqdirdə transfer haqqı ödəyəcəyi bildirilib.
Qeyd olunub ki, “Roma”nın siyahısında Massimiliano Allegri, Frank Lampard, Roberto Mancini və Maurizio Sarri də var.
Xatırladaq ki, İtaliya A Seriyasında “Roma”, bu mövsüm keçirdiyi 11 oyunda 3 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə üzləşib. Beləliklə, 13 xalla liqada 11-ci pillədə qərarlaşıb.
Avropa Liqasında isə 3 oyundan sonra 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətdən sonra 4 xal toplayıb.