“Real Madrid”in oyunçusunun adı begemota verilib

Bakı, 16 avqust, Sporaz.tv

İspaniyanın “Real” klubunun futbolçusu Antonio Rüdiger Almaniyanın Berlin şəhərindəki zooparkda cırtdan begemotlardan birini himayəyə götürüb.

Sporaz.tv xarici mediyaya istinadən xəbər verir ki, bu səbəbdən begemota məhz müdafiəçinin adı verilib.

Berlində doğulan A.Rudigerin anası Afrika ölkəsi Syerra-Leonedəndir. Cırtdan begemotlar bu ölkədə təbii şəraitdə yaşasa da, onların sayı 2500-ə yaxındır. Zooparkla əməkdaşlıq sayəsində futbolçu bu begemot növünün qorunması üçün kampaniyanı gücləndirməyə ümid edir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2022-ci ildən “Real” klubunun formasını geyinir.